FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb
Bakı, 24 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Qaradağ rayonunun Salyan şosesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.
Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.