FHN Qaradağ rayonunda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb
Bakı, 10 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonundakı 273 saylı tam orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kvadratmetr olan ikimərtəbəli binanın dam örtüyündə qeydə alınıb. Nəticədə dam örtüyü 120 kvadratmetr sahədə, həmçinin 15 ədəd mebel avadanlığı (masa və parta) yanıb.
Hadisə ilə əlaqədar 560 nəfər (160 nəfərlik işçi heyəti və 400 şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]