FHN: Xaçmazda fərdi yaşayış evlərindən su çəkilərək kənarlaşdırılır
Bakı, 13 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin - 112 - qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonunun Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Qurumdan AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.