Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin romanslarını təqdim edir: Bakı, London, Bern

Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin romanslarını təqdim edir: Bakı, London, Bern

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycanın Xalq Artisti, Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində silsilə konsert proqramına start verir. Müğənni dahi Üzeyir Hacıbəylinin tələbəsi Ədilə Hüseynzadənin yaradıcılığına müraciət edib. O, yaradıcılığında klassik bəstəkarlara üstünlük verməsinin səbəbini açıqlayıb: “Üzeyir bəyin tələbələri olan ilk bəstəkar qadınlara - Şəfiqə Axundova, Ağabacı Rzayeva və Ədilə Hüseynzadəyə yaradıcılığımda yer ayırmaq istədim. İlk olaraq bəstəkar Ədilə Hüseynzadənin yaradıcılığına müraciət etdim. Onun əsərlərinə vaxtilə Bülbül, Şövkət Ələkbərova, müəllimim Hüseyn Əliyev müraciət edib. İndi də həmin romansları ifa etmək mənə nəsib oldu”. Ədilə Hüseynzadənin vaxtilə tanınmış vokalist və ifaçı kimi tanındığını söyləyən Fidan Hacıyeva “Sanki onun bütün əsərləri mənim üçün yazılıb”, - deyə hisslərini ifadə edir: “Ədilə Hüseynzadənin 16 romansını ifa edəcəyəm. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə bu əsərlər daxildir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xalq Artisti Fidan Hacıyevanın, Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşova və Ədilə Hüseynzadənin nəvəsi Səbinə xanımın layihə ilə bağlı birgə keçirdikləri mətbuat konfransında səsləndirilib.

Ədilə Hüseynzadənin əsərlərini repertuarıma daxil etməkdən qürur duyuram

“Ədilə Hüseynzadənin romanslarında musiqi və fəlsəfi məzmun bir-birini mükəmməl tamamlayır. Bəstəkarın əsərlərini repertuarıma daxil etməkdən qürur duyuram”, - deyə Xalq Artisti Fidan Hacıyeva mətbuat konfransında söyləyib.

Xalq Artistinin “Azərbaycan Xalq Cümhuriyyəti-100” adı altında təqdim edəcəyi ilk konserti mayın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Sözügedən konsert Ədilə Hüseynzadənin əsərlərindən ibarət olacaq. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də isə İsveçrədə keçiriləcək: “Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada onların tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub və Nigar Rəfibəyli, Rəsul Rza kimi böyük şairlərin sözlərinə yazılıb. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. O əsərlər sanki bu gün üçün yazılıb”.

Xalq Artisti yaradıcılığında romanslara üstünlük verməsini bu janrın unudulmaqda olması ilə əlaqələndirir. Bildirir ki, romanslar artıq unudulub və bu heç də yaxşı hal deyil: “İllər öncə efirlərdə romanslar Bülbülün, Şövkət xanımın, Firəngiz xanımın, Fidan və Xuraman Qasımovaların ifasında səslənirdi. İndi daha müğənnilər bu janrda yazılan əsərləri ifa etmirlər. Mən də romansları bərpa etmək istədim. Qoy bizim gənclərimiz də bu romansları tanısınlar, eşitsinlər. Bacardığım qədər bu əsərləri həm Vətənimdə, həm də dünyada tanıtmaq istəyirəm. Bəstəkarın “Mənim arzum”, “Yaşamaq”, “Günəşdən gənclik istədim”, “Gül”, “Bahar”, “Əziz ana” və s. mahnıları layihədə yer alıb”.

Xalq Artisti silsilə konsertlərdən sonra telekanalların birində Ədilə Hüseynzadənin əsərlərini tamaşaçılara çatdırmaq arzusunu da söyləyib.

Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur

“Bu konsertləri təqdim etmək mənim istəyimdir. Məqsədim bir opera ifaçısı kimi Azərbaycanın klassik musiqilərini, mədəniyyətini dünyada tanıtmaqdır”, - deyə Fidan Hacıyeva qeyd edir.

Müğənninin “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində İsveçrədə keçirəcəyi konsert Respublika Gününə həsr olunacaq. F.Hacıyeva konsertdə Ədilə Hüseynzadə, Üzeyir bəy, Tofiq Quliyev, Qara Qarayev və Fikrət Əmirovun romanslarını ifa edəcək: “Həmçinin dünya bəstəkarlarının əsərlərini ifa edəcəyəm”. Əsərlər Fidan Hacıyevanın ifasında yeddi dildə - Azərbaycan, italyan, ispan, rus, alman, ingilis, fransız dillərində səsləndiriləcək. Opera müğənnisi konsert proqramının daha sonra İtaliya, Fransa, Türkiyə və digər ölkələrdə təqdim edəcəyini də bildirib: “Böyük ölkələrin səhnələrində Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Azərbaycanın mədəniyyətini dünyada tanıtmaq mənim bir vətəndaşlıq borcumdur”.

Qeyd edək ki, əvvəlcə konservatoriyanın vokal şöbəsində əfsanəvi Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunub. Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan bəstəkar simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Onun yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri var. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı “Yaşamaq”, “Kövrək budaq”, “Mənim arzum”, “Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Günəşdən gənclik istədim”, “Məhəbbətlə doğulmuşam anadan”, “Lirik nəğmə” və digər onlarla gözəl əsərləri vardır. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.

Ədilə Hüseynzadənin nəvəsi: Bəstəkarın romansları Fidan Hacıyevanın ecazkar ifasında mükəmməl səslənir

Mətbuat konfransında Ədilə Hüseynzadənin nəvəsi Səbinə xanım Xalq Artisti Fidan Hacıyevanın (metso-soprano) ecazkar ifasında bəstəkarın romanslarının mükəmməl səsləndiyini vurğulayıb, onunla əməkdaşlıqdan məmnunluğunu bildirib və silsilə konsertlərdə ifaçıya uğurlar arzulayıb.

Bəstəkarın çox gözəl səsi olduğunu qeyd edən Fidan Hacıyeva deyib: “Mən məhz onun lent yazılarını dinləyərək, öyrənərək bu əsərləri məşq etmişəm. Onun da səsi metso-soprano olub. Həm bəstəkar, həm də vokalçı olmaq nadir istedaddır”.

Əməkdar İncəsənət Xadimi Elnarə Dadaşova qeyd edib ki, Ədilə Hüseynzadə bəstəkar və vokalçı olaraq romanslarını o qədər rahat yazıb ki, onları səsləndirmək ifaçıya zövq verir. “Mən romans janrına Ədilə xanımın romanslarını onun ifasında dinlədikdən sonra müraciət etdim və bu janrı sevdim. Bu gün dəyərli əsərlərin peşəkar ifasına böyük ehtiyac var. Bu baxımdan Fidan Hacıyevanın silsilə konsertləri önəmlidir”.

Fidan Hacıyeva: Ədilə Hüseynzadənin elə əsərləri var ki, onları ifa edəndə göz yaşlarımı saxlaya bilmirəm

“Neçə aydır ki, bu əsərlərin üzərində işləyirəm. Onların sırasında eləsi var ki, onu hər dəfə ifa edəndə göz yaşlarımı saxlaya bilmirəm”, - deyə Fidan Hacıyeva qeyd edib.

Elnarə Dadaşovanın fikrincə, “Gözlərin matəmi - Xirosima” romansı təkcə Xirosimanı deyil, Xocalını, orada törədilmiş qanlı cinayətin ağır nəticələrini, eləcə də Suriyada dinc insanların qətlə yetirilməsini musiqinin dili ilə dinləyicilərə çatdırır. “Biz gərək unutqan olmayaq. Belə əsərlərin bu gün ürəyimizi ağrıtması o deməkdir ki, biz özümüz də faciələri yaşamışıq. Bu baxımdan Ədilə Hüseynzadənin əsərləri həmişə aktualdır. Onun “Mənim arzum”, “Sülhün səsi” və digər əsərləri də bu qəbildəndir”.

Xalq Artisti Fidan Hacıyeva mətbuat konfransında hazırkı layihənin təkcə Ədilə Hüseynzadə deyil, Üzeyir Hacıbəylinin digər qadın tələbələrinə yönəldəcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Ədilə Hüseynzadənin tələbəsi olmuş Elnarə Dadaşovanın repertuarına da müraciət edəcək. “Azərbaycanın qadın bəstəkarlarının əsərlərini silsilə olaraq həm Azərbaycanda, həm də dünyada tanıtmaq istəyirəm. Artıq tələbələrimin də repertuarında Ədilə xanımın və Elnarə xanımın əsərləri var”, - deyə Xalq Artisti Fidan Hacıyeva bildirib.

Qeyd edək ki, çox gözəl pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə və Azərbaycanın Əməkdar Artisti, violonçel ifaçısı Aleksey Miltıx Ədilə Hüseynzadənin “Sonatina”sını repertuarlarına salıblar. Elnarə Dadaşovanın sözlərinə görə, “Kvartet” tələbələrik illərində yazılmasına baxmayaraq, bu gün də peşəkar və müasir səslənir. Kvartet janrında bu gün yeni söz demək çətindir, lakin Ədilə Hüseynzadə bunu bacarıb.

Mətbuat konfransının sonunda Ədilə Hüseynzadənin notlarının üzə çıxarılmasında bəstəkarın ailəsinə dərin təşəkkürünü bildirən Xalq Artisti Fidan Hacıyeva ilboyu Azərbaycanın qadın bəstəkarlarının əsərlərini ölkəmizdə və dünyada təbliğ edəcəyini bir daha diqqətə çatdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Filippin yaxınlığında güclü zəlzələ baş verib

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH