Filippində terror aktı nəticəsində üç əsgər həlak olub
Bakı, 28 iyun, AZƏRTAC
Filippinin Sulu əyalətində silahlı qüvvələrin komanda məntəqəsi yaxınlığında törədilən partlayış nəticəsində üç əsgər həlak olub, doqquz nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Manila Bulletin” nəşrinin məlumatına əsasən, hücum iki terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Onlar hərbi bazanın ərazisinə daxil olub. Hərbçilər silahlılardan birini tutsalar da, o, partlayıcı qurğunu işə sala bilib. Digər terrorçu isə partlayışı komanda məntəqəsinin avtomobil dayanacağında törədib.
Qərbi Mindanao regionunun silahlı qüvvələrinin nümayəndəsi Ervin Con Ensinasın sözlərinə görə, hazırda hökumət qüvvələri ərazinin silahlı qruplaşmalardan təmizlənməsi üzrə əməliyyat aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]