“FİNCA-AZƏRBAYCAN” QEYRİ-BANK KREDİT TƏŞKİLATI MÜŞTƏRİLƏRİNİN SAYINI 80 MİN NƏFƏRƏ ÇATDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində “FİNCA-Azərbaycan” qeyri-bank kredit təşkilatı “10 il birlikdə” yubiley kampaniyası çərçivəsində yeni veb saytının www.fincaazerbaijan.com açılışı və fəal müştərilərinin sayının 80 minə çatması ilə bağlı mətbuat konfransı keçirmişdir.
“FİNCA-Azərbaycan” təşkilatının ölkəmiz üzrə direktoru Ceff Flauers bildirmişdir ki, təmsil etdiyi qurum 55 milyon dollar kredit portfeli ilə müştərilərinin sayını 80 min nəfərə çatdırmışdır. “FİNCA-Azərbaycan” dünyanın 22 ölkəsində fəaliyyət göstərən “FİNCA İnternational” təşkilatları arasında liderdir. Mikro-maliyyə İnformasiya Mübadiləsi Korporasiyasının tərtib etdiyi ümumdünya təşkilatları üzrə cədvəlində “FİNCA-Azərbaycan” ilk 100 mikro-maliyyə təşkilatları sırasındadır.
Ceff Flauers vurğulamışdır ki, 1998-ci ildə yaranan bu qurumun Azərbaycanın 55 bölgəsində 23 filialı və 30 ofisi vardır. Bu təşkilatda 653 nəfər çalışır. “FİNCA-Azərbaycan”ın missiyası yeni iş yerləri yaratmaq və maddi rifahlarını yaxşılaşdırmaq məqsədi ilə aztəminatlı adamlara maliyyə xidmətləri təklif edir. Qurum Azərbaycan Respublikası Milli Bankının məhdud lisenziyası əsasında fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:37]
Ayjan Beyseyeva: Orta Dəhliz strateji inkişaf fazasına qədəm oyur
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]