Fizika İnstitutunun əməkdaşları karantin rejimində elmi fəaliyyətlərini uğurla davam etdirirlər
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən ölkənin bütün elmi-tədqiqat müəssisələri fəaliyyətlərinin eksperimental hissəsini müvəqqəti dayandırıb. AMEA-nın Fizika İnstitutunun kollektivi də elmi fəaliyyəti xüsusi karantin rejiminin qaydaları çərçivəsində davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisədə təhlükəsizlik sistemi yüksək səviyyədə təşkil olunub, pandemiya ilə əlaqədar olaraq dezinfeksiya işləri aparılıb. İnstitutun direktoru Nazim Məmmədov və bir qrup əməkdaşı biraylıq əməkhaqqının 15 faizini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq magistrantlar üçün tədris prosesi distant qaydada keçirilib.
Elmi müəssisənin əməkdaşları tərəfindən 2020-ci ilin fəaliyyət planında nəzərdə tutulan tədqiqat işlərinin müəyyən hissəsi yerinə yetirilib. Tədqiqatların nəticələri əsasında məqalələr yazılıb və yüksək impakt faktorlu jurnallarda çapa təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [18:37]
İstanbul Universitetinin professorları Şərqşünaslıq İnstitutunda olublar
- 02.07.2026 [17:15]
Rəsədxana: Sabah G2 səviyyəsində geomaqnit qasırğası gözlənilir
- 02.07.2026 [16:41]
Şəkinin zəngin biomüxtəlifliyi araşdırılıb
- 02.07.2026 [16:30]
DİM imtahan iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]