ELM VƏ TƏHSİL
Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib
![Fizika və rus dili fənləri üzrə imtahan proqramları müzakirə edilib](/files/2022/3/1200x630/166558372461488923_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Dövlət İmtahan Mərkəzində fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə iclasların gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların, fizika fənni üzrə gündəlik məsələ isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.
Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.
Oktyabrın 19-da müzakirələr davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:19]
Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib
- 02.07.2024 [19:30]
Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış
- 02.07.2024 [17:56]
Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib
- 02.07.2024 [17:30]
AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq
- 02.07.2024 [16:52]