Fiziki şəxslərin faiz gəlirlərindən vergi tutulurmu?
Bakı, 17 noyabr, AZƏRTAC
Faiz gəlirlərinin iki dəfə vergiyə cəlb edilməməsi qanunvericilikdə diqqət mərkəzində olan məsələlərdəndir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iqtisadçı-ekspert Elxan Babayevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, rezident fiziki şəxsə rezident müəssisə və ya qeyri-rezident müəssisənin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən (gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur: “Faizlərin faktiki sahibi fiziki şəxsdirsə, vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur”.
E.Babayev, həmçinin vurğulayıb ki, burada əsas diqqət edilməli məsələlərdən biri fərdi sahibkarın əldə etdiyi faiz gəlirini bir daha gəlir vergisinə cəlb etməməkdir.
Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən, hüquqi şəxs faizlərin faktiki məbləğini Mərkəzi Bankın dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxmaq hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]