Fiziologiya İnstitutu “Evdə qal” çağırışlı videoçarx hazırlayıb
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə institutun növbəti addımı koronavirusla mübarizə çərçivəsində xüsusi karantin rejiminin qaydalarına riayət edilməsi məqsədilə əməkdaşların iştirakı ilə hazırlanan sosial videoçarx olub.
“Respublikada koronavirus pandemiyası ilə bağlı dövlət tərəfindən görülən zəruri tədbirlər, o cümlədən ölkədə infeksiyanın yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiqi bu gün hər birimizin üzərinə yeni vəzifələr qoyur. Bu vəzifələrin dəqiq və məsuliyyətlə yerinə yetirilməsi dövlətin həyata keçirdiyi fəaliyyətin effektivliyini şərtləndirən amillərdəndir”.
Bu fikirləri institutun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova sözügedən videoçarxda səsləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]