Folklor İnstitutunun əməkdaşları elmi fəaliyyətlərini davam etdirirlər
Bakı, 27 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Klassik folklor və Azsaylı xalqların folkloru şöbələrinin birgə onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda filologiya üzrə fəlsəfə doktorları, dosentlər - Rza Xəlilov, Afaq Xürrəmqızı və Aynur Hüseynovanın birgə hazırladıqları “SMOMPK” məcmuəsinin lll cildinin çap üçün son hazırlıq işləri və Əli Abbas Müznibin “Aşıq Pəri və müasirləri” (XIX əsrin l yarısı) kitabı üzərində işin cari vəziyyəti müzakirə edilib. Eyni zamanda, “Azərbaycan mərasim folklorunun işarələr sistemi”, “Qarabağ folklor mühitinin tipologiyası”, “Tahir və Zöhrə" dastanının yayılma arealı” mövzularında dissertasiyalarla bağlı aparılan tədqiqatlar barədə məlumat verilib.
Sonda elmi-tədqiqat işləri barədə fikir mübadiləsi aparılıb, müəyyən tapşırıq və tövsiyələr verilib.