Azərbaycan Dövlət İnformasiya Agentliyi

Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı

Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı

Bakı, 18 may, AZƏRTAC

Çingiz Aytmatov yalnız qırğız ədəbiyyatının deyil, bütövlükdə XX əsr dünya nəsrinin ən böyük simalarından biri hesab olunur. O, həm qırğız, həm də rus yazıçısı kimi qəbul edilib, yaradıcılığı milli sərhədləri aşaraq ümumbəşəri məna qazanıb. Əsərləri 175 dilə tərcümə edilib, kitabları milyonlarla tirajla nəşr olunub. Sosialist realizmi üslubunda yazsa da, onun nəsrində türk ruhu, xalq yaddaşı və mifoloji düşüncə xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı” başlıqlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, 1928-ci ildə Qırğızıstanda anadan olan yazıçının atası Torequl Aytmatov 1938-ci ildə repressiya qurbanı olmuşdu. Aytmatov ilk dəfə 1952-ci ildə çap olunan “Qəzetçi Dzyuyo” hekayəsi ilə diqqət çəkdi. Müharibədən sonrakı dövrün sosial faciələrini əks etdirən əsərdə yetim uşağın həyatı vasitəsilə sosial ədalətsizlik problemi qaldırılırdı. Sonralar Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan yazıçı 1958-ci ildə çap olunan “Cəmilə” povesti ilə dünya şöhrəti qazandı.

Ç.Aytmatovun yaradıcılığı qırğız xalqının nümunəsində türkdilli xalqların şifahi xalq ədəbiyyatı, mifologiyası və əfsanələri ilə dərindən bağlıdır. Yazıçı folklor elementlərindən sadəcə bəzək kimi deyil, əsərlərinin fəlsəfi strukturunu qurmaq və bəşəri mesajlar vermək üçün bir vasitə kimi istifadə edib. Ç.Aytmatov yaradıcılığında folklorun əsas təzahür formaları rəngarəngdir. Mifik obrazlar və əfsanələrdən bəhrələnən müəllif real hadisələrin gedişatına qədim qırğız əfsanələrini daxil edərək onlara yeni nəfəs verir. Məsələn, "Ağ gəmi" povestindəki "Buynuzlu Ana Maral" əfsanəsi xalqın soykökünü və təbiətlə olan mənəvi bağlılığını simvolizə edir. Manqurtlaşma mövzusu “Əsrdən uzun sürən gün" romanında yer alan "Manqurt" əfsanəsi folklor elementinin müasir dövrlə necə sintez edildiyinin ən parlaq nümunəsidir. Bu əfsanə vasitəsilə yazıçı tarixi yaddaşın itirilməsinin bir faciə olduğunu vurğulayır. Simvolizm və təbiət faktorunda isə folklorun ayrılmaz tərkib hissəsi olan təbiətə canlı varlıq kimi yanaşma Aytmatovun demək olar ki, bütün əsərləri üçün xas elementlərdəndir. Heyvan obrazları, məsələn, "Qiyamət" romanındakı Akbar və Taşçaynar canavarları xalq inanclarından gələn rəmzlərdir və hər biri daşıdığı mənalarla xalqın ruhu ilə cilalanan mənəvi normaların tənzimləyicisi kimi görünür. Yazıçının üslubunda atalar sözləri, məsəllər və xalq deyimləri mətni zənginləşdirir.

O, "Manas" dastanının ruhunu müasir nəsrlə birləşdirərək milli kimliyi ön plana çıxarır. Aytmatov folkloru modernizmlə birləşdirərək sübut etdi ki, qədim miflər və əfsanələr müasir insanın mənəvi problemlərini izah etmək üçün ən güclü vasitədir. Onun əsərlərində qurd, at, balıq və ağac kimi türk mifologiyasının müqəddəs sayılan kültlərinə geniş yer verilir. Yazıçı xalqın şifahi yaradıcılığını müxtəlif janrlar vasitəsilə mətndə canlandırır, onlardakı epos ənənələri, xüsusilə dastan qəhrəmanlarının igidliyi və təbiətlə mübarizəsi ön plana çəkilir. Belə məqamlarda müəllifin qəhrəmanlarının türkülər - xalq mahnıları ilə dünyanı qavramaq istəyinin şahidi oluruq. "Əsrdən uzun sürən gün"də Aral qazaxlarının ifa etdiyi türkülər personajların ruh halını və milli kimliyini ifadə etdiyinin şahidinə çevriliriksə, digər əsərlərindədə şamanizm elementlərini, od və su ilə bağlı inancları, həmçinin islamın türk xalqlarının gündəlik həyatındakı yerini görürük. Ümumiyyətlə, Aytmatov üçün folklorun iki əsas məqsədə xidmət etdiyini müşahidə edirik: Milli yaddaşın bərpası cəhdini və totalitar rejim şəraitində xalqın tarixini, ənənələrini gizli qatda qoruyub saxlamaq istəyini. Bu cəhdlərin fonunda ümumbəşəri mesajın ötürülməsini görürük: Milli folklor elementləri vasitəsilə insanlıq, vicdan və əxlaq kimi qlobal dəyərləri vurğulamaqla o, milli olmaqla bərabər, miqyasına görə bəşəri yazıçıya çevrilir.

“Cəmilə”, “İlk müəllim”, “Ana tarlası”, “Köşək gözü”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Ağ gəmi”, “Əsrdən uzun sürən gün”, “Qiyamət” kimi əsərləri Ç.Aytmatov yaradıcılığının əsas mərhələlərini təşkil edir. Bu əsərlərdə insanın mənəvi azadlığı, yaddaş problemi, təbiətlə münasibəti və vicdan məsələləri aparıcı xətt kimi çıxış edir. Yazıçının qəhrəmanları sovet ədəbiyyatında geniş yayılmış sxematik “müsbət qəhrəman” modellərindən fərqlənir; onlar həyatın içindən çıxan, mənəvi seçim qarşısında qalan adi insanlardır.

Alim vurğulayır ki, folklor və mifologiyanın müasir nəsrlə üzvi şəkildə birləşdirilməsi Ç.Aytmatovun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. “Ağ gəmi”dəki “Buynuzlu Ana Maral” əfsanəsi, “Əsrdən uzun sürən gün”dəki manqurt motivi, “Qiyamət”dəki canavar obrazları sadəcə folklor detalı deyil, insanın mənəvi faciəsini ifadə edən fəlsəfi simvollardır. Yazıçı mifləri bədii bəzək kimi deyil, insan yaddaşını və milli kimliyi qoruyan vasitə kimi təqdim edir.

Onun əsərlərində təbiət ayrıca qəhrəman funksiyası daşıyır. Dağlar, çöllər, heyvanlar və su obrazları insanın daxili aləmi ilə paralel şəkildə təqdim olunur. “Ana tarlası”nda Tolqonayın torpaqla dialoqu müharibənin doğurduğu ağrının poetik ifadəsinə çevrilir. “Qırmızı yaylıqlı qovağım mənim” əsərində isə sevgi və ailə faciəsi texniki tərəqqi ilə mənəvi dəyərlərin toqquşması fonunda göstərilir.

Ədəbi tənqid Aytmatov yaradıcılığında xüsusilə “ruhun ekologiyası”, insan-təbiət münasibətləri və tarixi yaddaş problemini ön plana çıxarırdı. Fransız yazıçısı Lui Araqon “Cəmilə”ni “dünyanın ən gözəl sevgi hekayəsi” adlandırmışdı. Rus tənqidçiləri isə onun əsərlərində milli xarakterlə ümumbəşəri problemlərin sintezini xüsusi vurğulayırdılar.

“Əsrdən uzun sürən gün” romanı Aytmatovun fəlsəfi-estetik dünyasının zirvəsi sayılır. Burada real həyat hadisələri mifoloji qat və kosmik düşüncə ilə paralel inkişaf edir. Mankurt obrazı totalitar sistemlərin insan yaddaşını silmək siyasətinin simvoluna çevrilib. Yazıçı bu əsərlə yalnız sovet cəmiyyətinin deyil, bütövlükdə bəşəriyyətin mənəvi təhlükələrini göstərməyə çalışırdı.

Çingiz Aytmatov folkloru modern düşüncə ilə birləşdirərək sübut etdi ki, qədim miflər müasir insanın mənəvi problemlərini ifadə etmək üçün ən güclü vasitələrdən biridir. Onun yaradıcılığı milli yaddaşı qorumaqla yanaşı, insanlıq, vicdan və mənəviyyat kimi ümumbəşəri dəyərləri də ön plana çıxarır. Bu xüsusiyyətlərinə görə Aytmatov həm Türk dünyasının, həm də dünya ədəbiyyatının böyük yazıçılarından biri kimi qəbul olunur.

Professor Mahirə Hüseynova onu da vurğulayıb ki, Çingiz Aytmatov şəxsiyyəti və yaradıcılığı ilə təkcə Azərbaycan ədəbiyyatına deyil, cəmiyyətimizə çox böyük təsir göstərib. Onun yaradıcılığının ölkəmizin ədəbi mühitinə impuls verdi və bunu ötən əsrin 60-cı illər ədəbi nəsrində müşahidə etmək olardı. Təsadüfi deyildi ki, keçmiş Sovet İttifaqının ən parlaq siyasətçilərindən və dövlət xadimlərindən olan Ümummilli Lider Heydər Əliyev Çingiz Aytmatovu "Türk dünyasının fəxri" adlandıraraq onun sənəti ilə bərabər, şəxsiyyətinin mahiyyətini yüksək qiymətləndirirdi: “Aytmatov hər zaman ədalətin keşiyində duran və öz xalqını dünya miqyasında layiqincə təmsil edən böyük yazıçıdır”.

Çingiz Aytmatovun Heydər Əliyevi "XX əsrin görkəmli liderlərindən biri" adlandırması, "tarixi, hətta əfsanəvi şəxsiyyət" kimi xarakterizə etməsi ustad yazıçının böyük dövlət xadimini hansı səviyyədə qəbul etməsinin göstəricisi idi. 2008-ci il fevral ayının 25-də Çingiz Aytmatovu Bakıda qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona “Dostluq” ordeninin 1-ci nömrəsini təqdim edərkən onu belə dəyərləndirirdi: “Bu orden “Dostluq” adlanır. Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın söhbətlərindən bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləmisiniz. Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir