Formula 1: Melburnda pilotların avtoqraf sessiyaları ləğv edilib
Bakı, 11 mart, AZƏRTAC
Avstraliya Qran-Prisinin təşkilatçıları uik-end günlərində Formula 1 pilotlarının avtoqraf sessiyasını və dəstək yürüşlərini ləğv ediblər.
AZƏRTAC xəbər verir ki, pilotlar avtoqraflar paylamaq əvəzinə səhnədən azarkeşlərin suallarını cavablandıracaqlar. Melburnda bu addımı koronavirusa yoluxma riskinin azaldılması arzusu ilə atıblar.
“Avstraliya Qran-Prisinin təşkilatçıları hazırkı şəraitdə pilotların azarkeşlərlə ünsiyyət formatını dəyişmək məcburiyyətindədirlər. Avtoqraf sessiyaları müsahibələrlə əvəz ediləcək.
Yürüşçülər azarkeşlərlə yaxın əlaqədə olmayacaq, selfi çəkdirməyəcək və avtoqraf paylamayacaqlar. Bizi düzgün anladıqlarına və əməkdaşlığa görə tamaşaçılara təşəkkürümüzü bildiririk”, - deyə dərc edilən bəyanatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]