İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb
Bakı, 14 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərin 742,1 milyon manatını (31,2 faizini) mobil telefon rabitəsi, 383 milyon manatını (16,1 faizini) internet, 379,3 milyon manatını (16 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 274,2 milyon manatını (11,5 faizini) informasiya, 600 milyon manatını (25,2 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 34,8 faiz, internet xidmətləri 22 faiz, informasiya xidmətləri 13,2 faiz, mobil telefon rabitəsi xidmətləri 2,9 faiz, digər informasiya və rabitə xidmətləri 4,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [17:49]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:48]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:08]
Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK
- 21.09.2026 [16:56]
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
- 21.09.2026 [16:05]