İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb
Bakı, 14 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 500-600 arasında bal toplayan 637 abituriyent qeydə alınıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin abituriyentlərdən 577 nəfəri Azərbaycan, 60 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.
İmtahan nəticələrinə əsasən ikinci ixtisas qrupunda imtahan nəticələrinə görə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan 7983 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan 13 min 944 abituriyent də müsabiqədə iştirak hüququ əldə edib.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə 16 min 30 plan yeri ayrılıb. Həmin yerlərdən 4185-i dövlət sifarişi əsasında maliyyələşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [17:17]
Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb
- 14.08.2026 [15:19]
Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək
- 14.08.2026 [15:16]
İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb
- 14.08.2026 [15:09]