Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib
Bakı, 14 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz çox xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərin 5 milyard 530,7 milyon manatı (60,1 faizi) yük daşınması, 2 milyard 522,9 milyon manatı (27,4 faizi) sərnişin daşınması, 1 milyard 153 milyon manatı (12,5 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Nəqliyyat sektorunda 140,8 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çox yük daşınıb. Yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi hava nəqliyyatı ilə daşınıb.
Daşınmış sərnişinlərin sayı 1 milyard 290 milyon nəfər və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çox olub. Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatı, 10 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [16:01]
İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb
- 14.08.2026 [15:23]
Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək
- 14.08.2026 [14:18]
“Dövlət auditi” informasiya sistemi yaradılır - FƏRMAN
- 14.08.2026 [13:23]
Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO
- 14.08.2026 [12:32]
Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat olub
- 14.08.2026 [11:19]
Neft qiymətlərinin bahalaşması: səbəblər və nəticələr
- 14.08.2026 [10:30]