Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib.
AZƏRTAC xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib.
Mütəxəssisin sözlərinə görə, yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Beləliklə, milli komandaların məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına kömək edərlər”.
Ayxan Abbasov bildirib ki, valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar: “Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir. Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikcə, onlar da öz məşqçilik bacarıqlarını inkişaf etdirməlidirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
- 23.09.2026 [10:17]
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı
- 23.09.2026 [09:46]