FOTOŞƏKİLDƏ GÜLÜMSƏYƏN KANADALILARA PASPORT VERİLMƏYƏCƏK
Məsələ bundadır ki, fotoşəkildə təbəssümə bürünmüş sifət Kanada Pasport İdarəsinin qoyduğu qaydalara uyğun deyildir. Yeni qaydalara görə, fotoşəkildə vətəndaşın üzü heç nə ifadə etməməli, dodaqları bitişik olmalı, şəkil çəkilən anda nəzərləri kameranın obyektivinə dikilməlidir. Pasport İdarəsinin nümayəndəsi bildirmişdir ki, bu tələblər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tövsiyələrindən irəli gəlir və hava limanlarındakı təhlükəsizlik xidmətləri əməkdaşlarının sərnişinləri pasportdakı şəkillə yoxlamaq işini asanlaşdırmalıdır.
Sifətin ifadəsi ilə yanaşı, pasport üçün fototəsvirin digər xüsusiyyətləri də tənzimlənir. Məsələn, üzü örtən duvaqla çəkilmiş şəkil qəbul edilmir. Lakin şəkil çəkdirərkən eynəyi çıxarmamaq olar, bir şərtlə ki, onun linzaları arxasında göz aydın görünsün. Parancada da şəkil çəkdirmək olmaz. Bəs baş geyimini çıxarmağı yasaqlayan dinin nümayəndələri nə etməlidirlər? Onlara güzəştə gedilə bilər, bir şərtlə ki, fotoşəkildə üzün bütün cizgiləri görünsün.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]