Fransa iğtişaşlara çağırış edən paylaşımlara görə sosial media platformalarını bloklaya bilər
Bakı, 27 oktyabr, AZƏRTAC
Fransa hakimiyyəti iğtişaşlara və zorakılığa çağırış edən paylaşımları vaxtında silməyən sosial media platformalarını bloklamağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti parlamentə təqdim olunan qanun layihəsinə düzəlişə istinadla məlumat yayıb.
Təşəbbüsə əsasən, internet platformaları terror hücumlarına, üsyana və silahlı mübarizəyə çağırışları ehtiva edən materialları dövlət orqanlarının tələbi ilə bir saat ərzində silməlidir. Əks halda, həmin platformaların bloklanması və ya axtarış nəticələrindən çıxarılması nəzərdə tutulur.
Düzəlişdə, həmçinin ictimai asayişi ciddi şəkildə poza biləcək qətl, zorakılıq, oğurluq və əmlakın məhv edilməsinə çağırışların 24 saat ərzində silinməsi təklif olunur.
Qanunvericilik təşəbbüsü oktyabrın 17-də Fransada keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlardan sonra irəli sürülüb. Prezident Emmanuel Makron sosial şəbəkələrdən iğtişaşların əlaqələndirilməsi və iştirakçıların müəyyən ərazilərə toplanması üçün istifadə olunduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [11:49]
Suriya İordaniya ilə sərhədini bağlayıb
- 27.10.2026 [11:43]
Saçını düzləşdirən qadın xəstəxanalıq olub
- 27.10.2026 [10:32]
İsraildə parlament seçkiləri keçirilir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qazaxda kişi meyiti tapılıb
- [11:42]
Bakıda yeni park salınır
- [11:00]
“Report”un 12 yaşı tamam olur
- [10:38]