FRANSADA NƏHƏNG GƏMİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Fransanın Atlantik okeanı sahilindəki Sen-Nazer tərsanəsində istehsal olunmuş nəhəng “Keen Mari –2” sərnişin gəmisi sınaq məqsədilə sentyabrın 27-də ilk dəfə okean sularına buraxılmışdır. Uzunluğu 345, eni isə 74 metr olan gəminin 2600 sərnişini daşımaq imkanı vardır. Gəminin ekipajı 1250 nəfərdən ibarətdir. Sınaq məqsədilə okeana buraxılmış gəminin göyərtəsində 500 nəfər mühəndis və texnik onu sonuncu dəfə nəzərdən keçirmişlər.
Yeni texnologiya əsasında hazırlanmış və müasir avadanlıqlarla təchiz edilmiş gəmidə sərnişinlərin tam rahatlığı və əylənməsi üçün hər cür şərait yaradılmışdır. Su tutumu həcminə görə dünyanın ən böyük gəmilərindən biri olan “Keen Mari-2” ticarət məqsədilə gələn ilin yanvar ayından uzaq səfərə - ABŞ-ın Florida ştatına yola düşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]