Fransada “sarı jiletlər”in növbəti aktında polis ilə nümayişçilər arasında toqquşma olub VİDEO
Paris, 16 mart, AZƏRTAC
Fransada “sarı jiletlər” etiraz aksiyasının 18-ci aktı zamanı Parisdə səhər saatlarında nümayişçilərlə polis arasında ilk toqquşma olub.
AZƏRTAC xəbər verir ki, polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Vəziyyət gərgin olaraq qalır, artıq polis tərəfindən 31 aksiyaçı saxlanılıb.
Fransanın digər böyük şəhərlərində də etiraz nümayişi davam edir. Ölkənin əyalətlərindən gələn aksiyaçılar Parisin müxtəlif dəmir yolu vağzallarından Yelisey çölləri prospektinə doğru irəliləyirlər.
Qeyd edək ki, sosial şəbəkələrdə “sarı jiletlər”in fəalları 18-ci aktın unudulmaz olacağını bildiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris