Fransada yanğınlar 500 hektardan çox sahədə bitki örtüyünü məhv edib
Bakı, 29 iyun, AZƏRTAC
Fransanın cənubunda yerləşən Qar departamentində cümə günü başlayan yanğınlar şənbə günü səhərədək 557 hektar sahədə bitki örtüyünü, o cümlədən zeytun və meyvə bağlarını məhv edib.
AZƏRTAC BFM telekanalına istinadla xəbər verir ki, departamentdə, həmçinin 11 ev yanıb. Alovla 550 yanğınsöndürən mübarizə aparıb. Yanğının söndürülməsinə ixtisaslaşdırılmış təyyarələr cəlb olunub. Ərazidə ümumilikdə 30-dan çox yanğın ocağı qeydə alınıb.
LCE telekanalının məlumatına görə, yanğınlar nəticəsində 3-ü yanğınsöndürən olmaqla, 4 nəfər xəsarət alıb.
Cümə günü Qar departamentində ölkənin ən yüksək temperatur rekordu qeydə alınıb - termometrin göstəricisi 45,9 dərəcəyədək qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]