Fransızdilli tələbələr üçün müsabiqə elan edilib
Bakı, 25 aprel, AZƏRTAC
Frankofoniya Universitet Agentliyi (AUF) Fransa beynəlxalq radiosu (RFI) ilə əməkdaşlıq çərçivəsində “Gənc yazarlar mükafatı” (Prix des jeunes écritures) adlı müsabiqə elan edir. Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər Universitetindən məlumat verilib. Karantin rejiminə uyğun olaraq, RFI və AUF bu müsabiqəni məsafəli şəkildə uzaqdan dəstəkləyir və 18-29 yaş arası bütün fransızdilli tələbələri müsabiqəyə dəvət edir.
-Müsabiqədə iştirak etmək istəyən hər kəs maksimum 8000 sözdən ibarət (ara məsafələr daxil olmaqla) öz qısa hekayəsini yaratmalıdır;
-hər kəsin yalnız bir bədii hekayə ilə müsabiqədə iştirak etmək hüququ var;
-hekayə aşağıda qeyd edilən başlıq altında başlamalıdır:
“Suis-je dans le noir ou ai-je les yeux fermés ? Peut-être les deux” - “Zülmətdəyəmmi yoxsa gözlərimmi bağlı, bəlkə də hər ikisi… ?”;
-müsabiqənin qalibi oxucuların onlayn səs verməsi və peşəkar münsiflər heyətinin rəyi ilə müəyyənləşəcək;
- hekayələr mayın 17-dək www.short-edition.com saytında yerləşdirilməlidir və iştirakçıların onlayn qeydiyyatdan keçmələri mütləqdir;
-iyunun 29-dək gənc frankofonlar bəyəndikləri hekayələri dəstəkləmək üçün onlayn səs verə bilərlər.
Müsabiqənin qalibi mədəni və bədii təcrübələrlə dolu birhəftəlik səyahət qazanacaq.
Ətraflı məlumatı linkə daxil olmaqla əldə etmək mümkündür: