Füzuli rayonunun kümçülərinə 1150 qutu ipəkqurdu toxumu paylanıb
Füzuli, 6 may, AZƏRTAC
Ötən il Füzuli rayonunda 37,5 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 600-dək ailəyə paylanılıb. Cari mövsümdə 45 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə ildir Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. 2016-cı ildə rayonda 4 ton, 2017-ci ildə 24,3 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəd tut tingi əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]