Gədəbəy rayon sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu şəxsi qətlə yetirmişdir
Bakı, 13 may (AZƏRTAC). Sabunçu rayonunda qətl hadisəsi törətmiş şəxs yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 13-də saat 1.30 radələrində Sabunçu rayon sakini 25 yaşlı Namiq Rəhimovun meyiti yaşadığı mənzildə tapılmışdır. N.Rəhimovun bıçaqla qətlə yetirildiyi müəyyən edilmişdir.
N.Rəhimovu qətlə yetirmiş onunla qeyri-rəsmi nikah münasibətlərində olan Gədəbəy rayon sakini 20 yaşlı Ülviyyə Сəfərova Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır, araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]