GƏDƏBƏYDƏ QIZIL İSTEHSALINA HAZIRLIQ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti Gədəbəy rayonunun yataqlarında qızıl istehsalına başlamaq üçün hazırlıq mərhələsini başa çatdırmışdır. Artıq 100 nəfərlik yataqxana, yeməkxana və ofis binalarının tikintisi, eləcə də geoloji kəşfiyyat işləri yekunlaşdırılmışdır.
Layihə menecerinin müavini Anatoli Xarkovun AZƏRTAC-a verdiyi məlumata görə, Gədəbəy qızıl mədənlərində ilkin olaraq, 17-18 milyon ton torpaq istismara cəlb edilə bilər. Hər ton torpaqdan təxminən 1,5 qram qızıl, 12-15 qram gümüş almaq mümkündür.
Hazırda emal zavodu ilə mədənlər arasında yolların çəkilişinə hazırlıq görülür. Qiymətli metallar torpaqdan kimyəvi üsulla təmizləndikdən sonra qızıl, gümüş və mis tərkibli qarışıq İsveçrəyə göndəriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti hasilatın pay bölgüsü sazişində iştirak edir. Azərbaycan hökuməti ilə mineral ehtiyatların istismarına dair 30 illik müqavilə bağlayan şirkətin səhmlərinin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə Böyük Britaniyanın “Anqlo Aslan Mininq Piç” şirkətinə məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]