REGİONLAR
Gədəbəydə süfrə suları istehsalı müəssisələri tikilir
Gədəbəy, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəy rayonunda tikilən süfrə suları istehsal müəssisələrində 72 nəfər işlə təmin ediləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Gədəbəydə rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 2 milyon 400 min manat investisiya cəlb edilib. Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörək bişirmə müəssisəsi fəaliyyətə başlayıb.
Hazırda rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikintisi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [20:42]
Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]