ELM VƏ TƏHSİL
Gənc coğrafiyaçılar Tbilisidə keçirilən yay məktəbində iştirak ediblər
![](/files/galleryphoto/2022/3/1200x630/16642680972647833004_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664268097627431358_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16642680972028162007_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664268097277273580_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16642680973117758268_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1664268097308925551_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16642680973200044068_1200x630.jpg)
Bakı, 27 sentyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə “Cənubi Qafqazda ekoloji sülhün qurulması üçün GIS əsaslı həllər” mövzusunda keçirilən yay məktəbində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məktəb Cənubi Qafqaz ölkələrindən olan gənc mütəxəssislər arasında əməkdaşlığın qurulması və elmi əlaqələrin dərinləşdirilməsi məqsədilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə təşkil olunub. Yay məktəbində Yustus Libix adına Gissen Universitetinin, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin və Coğrafiya İnstitutunun tələbələri, aspirantları, dissertantları, magistrləri və bakalavrları iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi dosent Elina Kərimova, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmrani, dissertantlar - Azərbaycanın demoqrafiyası və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova, Aslan Babaxanov, eləcə də bakalavr Səfərli Sona və magistr Minayə Ələkbərlidən ibarət olub.
Azərbaycanlı iştirakçıların təqdimatları təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Yay məktəbi çərçivəsində Gürcüstan tərəfi Dmanisi, Meqreli və Svaneti regionlarında tələbələr üçün çöl təcrübəsi təşkil edib.
Sonda iştirakçılara sertifikat verilib.