GƏNC RƏSSAMLARIMIZ BEYNƏLXALQ SƏRGİDƏ
Bu ölkənin Dövlət əmanət kassası va bankı tərəfindən keçirilən sərgidə 38 ölkədən 200-dən çox rəssam va heykəltəraşın əl işi nümayiş olunur. Fransa, İtaliya, Yaponiya, Lüksemburq, Cənubi Amerika və Skandinaviya ölkələri ilə yanaşı, ilk dəfə Qərbi Avropada ölkəmizin təmsil olunduğu sərgidə gənc rəssamlarımızdan M.Əmirovun, F.Qəmbərovun, E.Əlimirzəyevin, S.Şıxlinskayanın, L.Mircavadovun, A.Sadıqzadənin, V.Muradovun və H.Haqverdiyevin əsərləri xüsusi maraqla qarşılanmışdır.
Lüksemburq hökumətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi sərgi ilə əlaqədar nəfis şəkildə buraxılmış dəvətnamənin üz qatında olan dörd rəsm əsərindən birinin müəllifi həmyerlimizdir. Sərgi bu il noyabrın 16-dək davam edəcəkdir.
Bu münasibətlə keçirilən mətbuat konfransında Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova ölkəmizin qədim tarixə və zəngin milli sərvətə malik olması, Sovetlər İttifaqının süqutundan sonra Azərbaycanda dünyəvi dövlət qurulması, respublikamızın demokratik yolla inamla irəliləməsi, iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyması və son zamanlar əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermiş, dünya şöhrətli fırça ustalarının sırasında bir çox azərbaycanlı rəssamın olduğunu, onların yaratdığı möhtəşəm əsərlərin beynəlxalq sərgilərdə uğurla nümayiş etdirildiyini bildirmişdir.