Gənc taekvandoçularımız Ukraynada təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə yığma komandası Ukrayna komandasının dəvəti ilə Xarkovda təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC xəbər verir ki, Ukrayna, Latviya, Çexiya və Estoniyanı təmsil edən idmançıların qatıldığı məşqlər avqustun 30-dək davam edəcək.
Təlim-məşq toplanışının sonuncu günündə taekvandoçular arasında sınaq döyüşləri keçiriləcək.
Xatırladaq ki, komandamız hazırlıq prosesinə baş məşqçi, Əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında qatılıb.