Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc tədqiqatçı: Böyük infrastruktur dəyişiklikləri etmədən şəhər mobilliyini yaxşılaşdırmaq mümkündür

Gənc tədqiqatçı: Böyük infrastruktur dəyişiklikləri etmədən şəhər mobilliyini yaxşılaşdırmaq mümkündür

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycanda gənclərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, onların innovativ layihələrdə iştirakı və elmi potensialının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrində yaradılan müasir elmi infrastruktur, tədqiqat mühiti və beynəlxalq layihələrdə iştirak imkanları gənc alimlərin peşəkar inkişafına mühüm töhfə verir. Bu istiqamətdə fəal fəaliyyət göstərən ali təhsil ocaqlarından biri də Azərbaycan Texniki Universitetidir (AzTU). Burada yaradılan elmi mühit və layihəyönümlü yanaşma gənc tədqiqatçıların həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun böyük elmi işçisi Turan Verdiyev şəhər mobilliyi, yol hərəkətinin təhlükəsizliyi və müasir nəqliyyat həlləri istiqamətində araşdırma aparır.

Turan Verdiyev AZƏRTAC-a açıqlamasında elmə marağının formalaşmasından, iştirak etdiyi layihələrdən və şəhərdaxili mobilliyin inkişafına dair tədqiqatlarının nəticələrindən danışıb.

Müsahibimizin sözlərinə görə, nəqliyyat sahəsinə marağı tələbəlik illərində formalaşıb. O bildirib ki, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil aldığı dövrdə müəllimləri tələbələri layihəyönümlü fəaliyyətə cəlb edir, elmi araşdırmalara maraq göstərməyə həvəsləndirirdilər. Bu maraq magistratura təhsili dövründə iştirak etdiyi “İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərarqəbuletmə mexanizmlərinin işlənməsi (pilot olaraq Abşeron və Qobustan rayonlarının nəqliyyat sektoru timsalında)” layihəsi ilə daha da möhkəmlənib. Tədqiqatçı bildirib ki, həmin layihədə iştirak etməsi ona nəqliyyat sahəsində mövcud problemləri daha yaxından öyrənməyə və elmi-tədqiqat metodlarını praktikada mənimsəməyə imkan verib. 2021-ci ildə Logistika və Nəqliyyat İnstitutu yaradıldıqdan sonra isə burada elmi fəaliyyətini davam etdirib.

Böyük elmi işçinin sözlərinə görə, layihələrin icrası zamanı müəyyən çətinliklərlə qarşılaşsalar da, bu prosesdə elmi rəhbərlərinin dəstəyi mühüm rol oynayır. Metodoloji yanaşmaların izahı, proqram təminatından istifadə və tədqiqat zamanı yaranan problemlərin həlli istiqamətində institut rəhbərliyi tərəfindən daim dəstək göstərilir.

Turan Verdiyev son olaraq yekunlaşdırdıqları şəhərdaxili mobillik planı haqqında da məlumat verib. O bildirib ki, layihə Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində hazırlanıb və Azərbaycanın 45 şəhər və rayonu üçün Azərbaycan Texniki Universiteti tərəfindən icra olunaraq başa çatdırılıb.

“Şəhərdaxili mobillik planı piyadalar, velosiped istifadəçiləri, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər və əlilliyi olan şəxslər üçün əlçatanlığın təmin edilməsinə xidmət edir. Velosiped yollarının təşkili, piyadaların təhlükəsizliyinin artırılması, pandusların quraşdırılması və ictimai nəqliyyatın hər kəs üçün əlçatan olması prioritet istiqamətlərdəndir. Məqsəd böyük infrastruktur dəyişiklikləri etmədən, mövcud imkanlardan səmərəli istifadə etməklə şəhər mobilliyini yaxşılaşdırmaqdır”, – deyə gənc tədqiqatçı vurğulayıb.

Müsahibimiz bildirib ki, Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutu beynəlxalq layihələrdə də fəallığı ilə seçilir. İnstitutun direktoru Fuad Daşdəmirov və kafedranın müəllimləri Erasmus+ proqramı çərçivəsində həyata keçirilən CRENG layihəsində iştirak ediblər. Layihə çərçivəsində universitetdə “AnyLogic” simulyasiya laboratoriyası yaradılıb. Bununla yanaşı, “PTV Group” şirkətinin VISSIM, VISUM və VISTRO simulyasiya proqramlarını əhatə edən virtual laboratoriya qurulub

Gənc tədqiqatçı bildirib ki, hazırda elmi araşdırmaları əsasən şəhər mobilliyinin təkmilləşdirilməsi istiqamətində aparılır. Dissertasiya işi çərçivəsində avtobus zolaqlarının hansı şəraitdə tətbiq edilməsinin məqsədəuyğun olduğu araşdırılıb və bunun metodikası hazırlanıb. Bununla yanaşı, işıqforla tənzimlənən yol kəsişmələrində tətbiq olunan “yaşıl dalğa” prinsipi tədqiq edilib.

“Araşdırmalar göstərib ki, bəzi küçələrdə “yaşıl dalğa” prinsipinin tətbiqi məqsədəuyğun deyil. Bu sistem bir istiqamətdə nəqliyyatın hərəkətini sürətləndirsə də, digər küçələrdə daha böyük ləngimələr yarada bilər. Buna görə belə həllərin tətbiqindən əvvəl hər bir ərazi üzrə elmi təhlillər aparılmalıdır”, – deyə Turan Verdiyev bildirib. O vurğulayıb ki, elmi tədqiqatların əsas məqsədi şəhərlərdə nəqliyyatın daha təhlükəsiz, səmərəli və hər kəs üçün əlçatan təşkilinə töhfə verməkdir.

Müxbir - Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq