Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi: Məktəblərin istiliklə təmin olunması prosesi yekunlaşıb
Bakı, 30 noyabr, AZƏRTAC
Payız-qış mövsümü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a regional təhsil idarəsindən məlumat verilib. Bildirilib ki, regional idarənin tabeliyində fəaliyyət göstərən 215 müəssisə qazla, 131 müəssisə odunla, 25 müəssisə dizellə, 9 müəssisə isə elektriklə qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsüm boyu davam etdirilir.