Gəncə Dövlət Universitetinin tədris binalarına dahi şəxsiyyətlərin adları veriləcək
Gəncə, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində Elmi Şuranın və müxtəlif mötəbər tədbirlərin keçirildiyi iclas zalına dahi Azərbaycan şairi, dünya poeziyasının ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar Elmi Şuranın bu il üçün keçirilən ilk iclasında rektorun müşaviri, dosent Asif Cavadov cari məsələlərin müzakirəsində təqdimatla çıxış edib.
Təqdimat Elmi Şuranın üzvləri tərəfindən müzakirə edilib və qəbul olunub.
Rektor Yusif Yusifov bildirib ki, yaxın vaxtlarda Gəncə Dövlət Universitetinin tədris binalarına da dahi şəxsiyyətlərin adlarının verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]