Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə Regional Mədəniyyət İdarəsində aparılan auditin nəticələri açıqlanıb

Gəncə Regional Mədəniyyət İdarəsində aparılan auditin nəticələri açıqlanıb

Bakı, 15 aprel, AZƏRTAC

Hesablama Palatasının 2022-ci ilin İş planına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri idarənin 2020-2021-ci illərdə və 2022-ci ilin 6 ayı ərzində fəaliyyətini əhatə edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, nəzarət tədbiri ilə idarənin əhatəsində olan 180 kitabxana, 106 mədəniyyət evi və klub, 15 muzey və 22 musiqi məktəbinin fəaliyyətinin təmin edilməsi məqsədilə büdcədənkənar fəaliyyətdən daxilolmalar da nəzərdə alınmaqla, ümumilikdə icra olunmuş 55110,5 min manat məbləğində vəsait əhatə olunub. İdarə və əhatəsində olan mədəniyyət və incəsənət müəssisələrində ümumilikdə 2020-ci ildə 2 min 777, 2021-ci ildə 2 min 773,5 və 2022-ci ilin 6 ayı üzrə 2 min 683 ştat vahidi fəaliyyət göstərib, auditin əhatə etdiyi dövrdə həmin əməkdaşların əməyinin ödənilməsinə istifadə edilmiş vəsaitin 96 faizi yönəldilib.

Proqnozlaşdırma prosesinə əsaslı yanaşılmaması və təsiredici amillərin diqqətə alınmaması 2020-2021-ci illərdə pandemiya şəraitinin təsiri də nəzərə almaqla bir sıra xərclərin aşağı səviyyəli icra davranışına malik olduğunu göstərir. Aşağı icra davranışı nümayiş etdirən xərclərin əsas hissəsi kommunal, rabitə və poçt xidmətləri ilə bağlı olub ki, həmin istiqamətlər üzrə tələbatlara təsir edən faktorlar proqnozlaşdırılandır. Tikinti və avadanlıqların cari təmiri ilə bağlı xərclərdən isə hər iki ildə, demək olar ki, vəsait istifadə edilməyib. Büdcədənkənar fəaliyyətdən gəlirlərin formalaşması ilə bağlı tədbirlərin məhdud istiqamətlər və qurumlar üzrə həyata keçirilməsi, ümumilikdə auditin əhatə etdiyi dövrdə bu sahədə potensialın istifadəsi ilə bağlı fəaliyyətin tam və düzgün təşkil olunmaması idarənin fəaliyyət çərçivəsində olan 323 mədəniyyət və incəsənət müəssisəsinin yalnız 8-dən cəmi 10,4 min vəsaitin daxil olması ilə nəticələnib.

Əmlakla bağlı hesabatlılığın təmin olunması fonunda ondan istifadə prosesində əlavə gəlir əldə etmək potensialı reallaşdırılmayıb. Belə ki, idarənin əhatəsində olan qurum tərəfindən düzgün olmayaraq dövlət əmlakının bir hissəsi ictimai birliyə istifadəyə verilib, həmin birlik tərəfindən bu sahə kommersiya məqsədi ilə istifadə edilsə də, əmlakdan istifadə ilə bağlı icarə müqaviləsi bağlanmayıb və icarə haqqı tutulmayıb. Maliyyə intizamına tam əməl olunmaması bəzi hallarda ayrılmış vəsaitlərin İdarə tərəfindən təyinatı üzrə istifadə edilməməsi ilə nəticələnib. Eləcə də idarənin tabeliyindəki 2 uşaq musiqi məktəbinə 7 ədəd elektron lövhə əvəzsiz verilərək sinif otaqlarında quraşdırılsa da, auditin başa çatdığı dövrədək lövhələrdən istifadə ilə bağlı bacarıqların aşılanmaması ümumilikdə 45,3 min manat dəyərində dövlət əmlakının istifadəsiz saxlanmasına səbəb olub, bununla da həmin avadanlıqların tədris prosesində tətbiqi yolu ilə tədris keyfiyyətinin yüksəldilməsi imkanlarından istifadə edilməyib.

Əməyin ödənilməsi ilə bağlı vəsaitlərin istifadəsinin düzgünlüyünün yoxlanılması ilə Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş tarif dərəcələri və ixtisas tələblərinə əməl olunmayaraq tarif dərəcələrinin bəzi hallarda yuxarı, bir sıra hallarda isə aşağı müəyyənləşdirilməsi hallarına yol verildiyi aşkarlanıb, həmin hallar əməyin müvafiq olaraq 18,3 min manat artıq və 277,8 min manat əskik ödənilməsi ilə nəticələnib. Tədris planlarında əks olunmuş normalara riayət edilmə vəziyyətinin araşdırılması bəzi hallarda əvvəlki dərs ilinin son aylarında qruplarda yeni şagirdlərin adının qeyd olunduğunu, bir sıra hallarda isə bunun yeni dərs ilinin əvvəlində həyata keçirilməklə qruplar formalaşdırıldıqdan qısa müddət sonra həmin uşaqların adının siyahıdan çıxarıldığını göstərib. Beləliklə də, göstərilən səbəblər 2019/2020-ci tədris ilində artırılmış 56 saat üzrə 15,5 min manat, 2020/2021-ci tədris ilində artırılmış 340 saat hesabına 132,6 min manat vəsaitin ödənilməsinə şərait yaradıb, 2021/2022-ci tədris ilinin auditin əhatə müddətinə düşən dövrü üçün bu göstəricilər müvafiq olaraq 166 saat və 58,3 min manat təşkil edib.

İdarə tərəfindən Əsasnamə ilə müəyyən edilmiş hüquqların tam reallaşdırılmaması, ştat vahidləri və vəzifələrə dair hüquqi aktların tələblərinə əməl olunmaması, ümumilikdə bu sahədə nəzarət fəaliyyətinin təşkil edilməməsi kitabxana sistemləri və mədəniyyət evləri üzrə auditlə əhatə olunmuş hər dövr üzrə 62 ştat vahidinin artıq saxlanılması, bu əməkdaşlara ümumilikdə 608,4 min manat məbləğində vəsait ödənilməsi ilə nəticələnib. İdarənin tabeliyindəki müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə hüquqi aktların tələblərinə uyğun olmayaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filiallarında 77 vahid, muzey və muzey tipli müəssisələrdə 5 vahid, mədəniyyət evləri və klublarda 137 vahid orta təhsilli şəxslərin işlədiyi müəyyənləşdirilib, həmin işçilərin tələb olunan ixtisas göstəricilərinə malik əməkdaşlarla əvəzlənməsi ilə bağlı fəaliyyət həyata keçirilməyib. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafında 2020-ci illə müqayisədə 2021-ci ildə 653,5 min manat məbləğində azalmanın səbəbləri ilə bağlı toplanmış audit sübutları ilə həmin vəsaitin bir hissəsinin artıq ödənilmiş əməkhaqqı ilə bağlı olması ilə yanaşı, 447,1 min manatının 2020-ci ildə adları işdə olan, lakin 2021-ci ildə işdən azad edilmiş 87 nəfər işçinin əməkhaqqı və əməkhaqlarına üstəlik xərclərindən ibarət olduğu müəyyən edilib. 2021-ci ildə İdarədə 188 nəfər işdən azad edilib, 101 nəfər isə işə qəbul olunub. 87 ştat vahidi üzrə əməkdaşların eyni gündə işdən azad edildiyini və həmin vahidlər üzrə işə əməkdaşın götürülmədiyini, eləcə də bu ştat vahidlərinin bir hissəsinin artıq ştatlardan ibarət olduğunu diqqətə almaqla, həmin əməkdaşların faktiki olaraq çalışmama riskinin mövcud olduğunu qeyd etmək olar. İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən hüquqi aktların dövlət satınalmalarının planlaşdırılması müddətləri ilə bağlı tələblərinə əməl olunsa da, icra prosesində tərtib edilmiş planlara riayət olunmayıb, bəzi satınalmalar vaxtında icra edilməyib, planlaşdırılmış bir neçə satınalma həyata keçirilməyib və əksinə, nəzərdə tutulmamış satınalmalar icra edilib. Satınalınacaq mallara (işlərə və xidmətlərə) dair tələbin müəyyənləşdirilməməsi ilə yanaşı, ehtimal olunan qiymətlərin hesablanmaması və ya bu qiymətlərin formal xarakter daşıması bir sıra hallarda daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmaqla, dövlət vəsaitinin 64,4 min manat artıq istifadəsi ilə nəticələnib. Bir sıra hallarda ehtimal olunan qiymət və bağlanmış müqavilələrin dəyəri nəzərdə tutulmuş vəsaitin məbləğindən də çox olub, bəzi hallarda isə ehtimal olunan qiymətlə tender təklifi və müqavilə məbləği eynilik təşkil edib. Qeyd olunanlar, İdarə tərəfindən satınalmalarda ehtimal olunan qiymətin hesablanmasına əsaslı yanaşılmadığını, ümumiyyətlə bu qiymətlərin formal xarakter daşıdığını, eləcə də dövlət vəsaitlərinin istifadəsi prosesində sövdələşmə risklərinin mövcud olmasını vurğulamaq imkanı verir.

Maliyyə hesabatlarının məzmununun hüquqi aktların tələb etdiyi formaya uyğun olmaması hesabatlılığın təmin edilməsində riskləri formalaşdırıb, aktivlərin silinməsi ilə bağlı tələblərə riayət edilməməsi bəzi hallarda bu aktivlərin təsdiqedici sənədlər olmadan, eləcə də istifadə müddəti başa çatmadan silinməsi ilə nəticələnib. Kreditor və debitor borcların uçotu düzgün qurulmayıb, ümumiyyətlə, maliyyə hesabatlarında öz əksini tapan debitor və kreditor borclar xəzinə üzləşmə aktlarında öz əksini tapmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur