Gəncədə Aprel döyüşlərinə həsr olunmuş peyntbol turniri keçirilib
Gəncə, 10 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ilk dəfə olaraq “Aprel döyüşlərinə həsr olunmuş gənclər təşkilatları arasında peyntbol turniri” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar olaraq şəhərin və universitetlərin gənclər təşkilatlarının iştirakı ilə keçirilən turnirdə şərti döyüşçülər 8 komandada təmsil olunublar.
Heydər Əliyev park-kompleksi ərazisində təşkil olunmuş turnirin qalibi YAP Gəncə şəhər təşkilatının “Gənclər birliyi” komandası olub.