Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıblar
Bakı, 30 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhərdə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıq şəkildə hörmətsizlik edən bir qrup sürücünü saxlayaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin müəyyən küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Mercedes”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.