Gəncədə ulu öndərin ad günü ilə əlaqədar keçirilən inşa müsabiqəsinə yekun vurulmuşdur
Gəncə, 11 may (AZƏRTAC). Gəncədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinə yekun vurulmuşdur.
Şəhər 2 saylı orta məktəbdə keçirilən müsabiqənin yekun mərhələsində əvvəlcə şəhər məktəblilərinin əl işlərindən ibarət sərginin nümayişi olmuşdur. Sərgidə fərqlənən məktəblilər diplomlarla təltif olunmuşlar. Sonra inşa müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycana hər iki hakimiyyəti dövründə gördüyü dəyərli və əvəzsiz işlərdən söhbət açmış, ümummilli liderin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Tədbirdə məktəblilərin Heydər Əliyev haqqında hazırladıqları elktron layihələrin təqdimatı da keçirilmiş, ulu öndərin siyasi fəaliyyəti, öz xalqının rifahı üçün göstərdiyi xidmətlər əksini tapmış ən yaxşı layihələr xüsusi diplomlara layiq görülmüşdür.
Axırda dahi rəhbərin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsi qaliblərinin adları açıqlanmış, onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]