Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin yekunlarına dair hesabatını təqdim edib

Gənclər üçün Təhsil Mərkəzi ötən ilin yekunlarına dair hesabatını təqdim edib

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Gənclər üçün Təhsil Mərkəzi (GTM) 2015-ci ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığın artırılmasının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Mərkəz gənclərin hərtərəfli inkişafına töhfə vermək məqsədilə 20-dən artıq böyük, 100-dək kiçik layihə həyata keçirib. GTM həmin layihələrin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, UNİCEF-in Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı və digər qurumlarla əməkdaşlıq edib. Azərbaycanın 30-a yaxın şəhər və rayonunda həyata keçirilən bu layihələrdə ümumilikdə 20 mindən çox gənc iştirak edib.

Vurğulanıb ki, Mərkəz fəaliyyət dairəsini genişləndirmək və həyata keçirdiyi layihələrin səmərəli icrasını təmin etmək məqsədilə Qubada Şimal regional ofisini yaradıb, Gəncə, Mingəçevir, Ağcabədi, Şirvan və Bakıdakı ofislərinin maddi-texniki bazasını gücləndirib. Hesabat dövründə GTM ilk növbədə gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində müxtəlif tədbirlər, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə virtual aksiyalar təşkil edib. Mərkəzin təşkilatçılığı ilə müxtəlif rayonlarda “20 Yanvar xalqın iradə təcəssümüdür”, “Xocalı həftəsi”, “Şuşasız 23 il” mövzularında tədbirlər, Quba Soyqırımı Memorial Kompleksinə yürüş, Füzuli rayonunda isə “Müstəqillik yolu” adlı konfrans reallaşıb.

Diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Avropa gənclər məkanında layiqli yer tutmaq məqsədilə Mərkəzin üzvlərinin ölkəmizin hüdudlarından kənarda təşkil edilən tədbirlərdə iştirakına xüsusi diqqət yetirilib. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də 100-dək gənc müxtəlif konfrans, təlim, sərgi, simpozium və digər tədbirlərdə iştirak ediblər. Eyni zamanda, GTM tərəfindən “Erasmus+” proqramı çərçivəsində təşkil edilmiş üç beynəlxalq tədbirdə iştirak üçün Azərbaycana müxtəlif ölkələrdən 93 gənc gəlib. Mərkəz 2015-ci ildə Avropa Gənclər Klubları Konfederasiyasının idarə heyətinə namizədliyini irəli sürüb və Azərbaycanı həmin qurumun qərarverici orqanında təmsil etmək imkanı qazanıb. GTM hazırda Konfederasiyanın tamhüquqlu üzvüdür.

Bildirilib ki, Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına ictimai dəstək məqsədilə Mərkəz tərəfindən Mingəçevirdə genişmiqyaslı tədbirlər planı hazırlanıb həyata keçirilib. Plana əsasən yaradıcı gənclərin iştirakı ilə festivallar, sərgilər və idman yarışları təşkil olunub. Mingəçevirdə təşkil edilən su idmanı üzrə yarışlarda da Mərkəzin yüzlərlə könüllüsü fəallıq göstəriblər.

Hesabat dövründə regionlarda istedadlı gənclərin üzə çıxarılması məqsədilə yaradıcı gənclərin hazırlıq laboratoriyaları qurulub, “Qızıl payız” gənclərin yaradıcılıq festivalları, Samux gənclərinin ikinci yaradıcılıq festivalı, Qarabağ regional uşaq yaradıcılığı forumu və digər tədbirlər keçirilib. Bölgə gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması üçün regionlarda peşə təhsili üzrə regional məsləhət və karyera planlama xidmətləri yaradılıb, gənclərin müxtəlif biznes qurumlarında, habelə kənd təsərrüfatı müəssisələrində praktiki biliklər toplaması üçün istehsalat təcrübəsi təşkil olunub.

Diqqətə çatdırılıb ki, ötən il Mərkəz region gənclərinin bilik və bacarıqlarının artırılması, insan kapitalının formalaşması məqsədilə “aybKitab” layihəsi, Xaçmaz, Qusar, Şirvan, Qubada gənclərin intellektual, habelə idman oyunları üzrə bilik yarışları, Lənkəranda “Hər kəs üçün təhsil” kampaniyası və digər layihələr reallaşdırıb. Gənclər arasında sağlam həyat tərzinin təbliği və ekoloji təfəkkürün formalaşması istiqamətində Bakıda və regionlarda müxtəlif layihələr həyata keçirilib. Belə tədbirlərə məktəblilər arasında futbol yarışlarını, velosiped çempionatını, şahmat turnirlərini, “Sağlam gənclik” kampaniyasını, ekoturizmlə bağlı təlimləri, ekoloji aksiyaları, “Yaşıl məktəb” layihəsini və s. misal göstərmək olar. “Yaşıl məktəb” layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən 2015-ci ilin ən uğurlu layihələri sırasına daxil edilib.

Bildirilib ki, ötən il Mərkəz gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması ilə bağlı ötən il icrasına başlanan və hazırda davam etdirilən “Qarabağ inklüziv təhsil və uşaq inkişaf mərkəzi”, üç regionda reallaşdırılan “Bir damla həyat ver!” qanvermə aksiyaları, Qubada sosial menecment məktəbi, valideyn himayəsindən məhrum gənclərin cəmiyyətə adaptasiyasına hesablanmış “Onların kimsəsi bizik!” kampaniyaları həyata keçirilib. Ötən ilin sonlarında Mərkəz UNICEF-in Bakı Ofisi ilə birgə regionlarda yeniyetmə və gənclər arasında hüquqların təbliğinə hesablanmış “Yuvenal ədliyyə” layihəsinin icrasına başlayıb.

Mərkəz hər il olduğu kimi, 2015-ci ildə də “QHT Məktəbi”ni davam etdirib. Əsası 2000-ci ildə qoyulan və bu gün də davam edən məktəbin fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti ilə anlaşma memorandumu imzalanıb, yaz və qış təlimlərinin birgə təşkili barədə razılıq əldə olunub. Gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzərdə tutan “Mediaman” jurnalistika məktəbi də ötən il uğurla təşkil olunub. Hesabat dövründə Mərkəz tərəfindən Salyan rayonunda “Gənclərin narkomaniyaya qarşı mübarizə forumu”, Bakıda “Azərbaycan gənclərinin maarifçilik forumu”, Qubada “Gənc sahibkarlar forumu” və digər tədbirlər keçirilib.

F.Həsənzadə daha sonra həyata keçirilən proqram və layihələr, regional ofislərin fəaliyyəti, Mərkəzin tərkibindəki klublar və dərnəklərin işi, beynəlxalq əməkdaşlığın qurulması, 2016-cı ildə nəzərdə tutulan tədbirlər və s. məsələlərlə bağlı sualları cavablandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb