Gənclər zərərli vərdişlərin, dini radikalizmin və erkən nikahın fəsadları barədə maarifləndirilib
Bakı, 1 fevral, AZƏRTAC
Göyçay Peşə Liseyində rayon icra hakimiyyəti, polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə, dini radikalizmə, erkən nikaha yox deyirik” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzunun əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova isə çıxışında rayondakı dini durum, radikalizmə və zərərli vərdişlərə qarşı həyata keçirilən tədbirlərdən bəhs edib.
Çıxış edən digər natiqlər dini radikalizmin və ekstremizmin fəsadlarından, zərərli vərdişlərə qarşı mübarizə üsullarından, onların insan orqanizminə vurduğu zərərdən və hüquqazidd əməllərdən qorunma yollarından danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]
“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub
- 10.06.2026 [17:59]