CƏMİYYƏT
“Gənclərin Antinarkomaniya” İctimai Birliyi “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirdi
![](/files/galleryphoto/2023/3/1200x630/1702473691599447504_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736916113330556_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736911305057598_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473691332989620_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702473691500364888_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736915991462806_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736916271660816_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736916040147769_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170247369144824467_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736914330528471_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024736911406728492_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
189-190 nömrəli tam orta məktəbdə “Gənclərin Antinarkomaniya” İctimai Birliyi “Həyatına dəyər ver” adlı maarifləndirmə tədbiri keçirib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyasının, Ombudsman aparatının, Səbail Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
Təşkilat sədri Büllur Məmmədova iştirakçılara tədbirin mahiyyəti və məqsədləri barədə məlumat verəndən sonra “Həyatına dəyər ver” sosial çarxına baxış olub.
Bundan sonra dövlət qurumlarının təmsilçiləri narkomaniya ilə mübarizədə əldə olunan nailiyyətlər, qarşıya çıxan problemlər, bu sahədə gənclərimizin verə biləcəkləri töhfələr, narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolu barədə ətraflı danışıblar.