Geoloq alimlərimizin məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer Fizikası Bölməsinin Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, Yer elmləri doktoru, dosent Qulam Babayevin şöbə əməkdaşları və italiyalı professor Luçiano Teleska ilə birlikdə hazırladığı məqalə “Springer” beynəlxalq bazasına daxil olan “Pure and Applied Geophysics” jurnalında dərc edilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
“Böyük Qafqazın cənub yamacının seysmik təhlükəsinin təhlili” sərlövhəli məqalədə seysmik təhlükənin qiymətləndirilməsi məqsədilə kvaziehtimal və neodeterminizm nəzəriyyələri əsasında iki modifikasiya olunmuş üsuldan istifadə edilib. Həmçinin 1902-2018-ci illərdə baş vermiş zəlzələlərin makroseysmik parametrləri (məsələn, zaman-məkan üzrə paylanan zəlzələ vahidləri, aktivlik, ardıcıllıq) nəzərə alınmaqla, müasir riyazi-statistik və inteqrə determinist üsulların tətbiqi vasitəsilə Böyük Qafqazın cənub yamacının müxtəlif əmsallarda seysmik ssenari modelləri qurulub.
Tədqiqat işində zəlzələlərin Zaqatala-Balakən, Şəki-Oğuz-Qəbələ və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarına təsiri qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:16]
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]