Göbələk zəhərlənməsi zamanı ilkin əlamətlər
Bakı, 20 dekabr, AZƏRTAC
Göbələk bütün fəsillərdə qida rasionunda yer alan məhsullardan biridir. Ondan düzgün istifadə edilməməsi zəhərlənmə, hətta ölümlə nəticələnə bilər. Mütəxəssislər bildirirlər ki, göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir.
Zəhərlənmə əlamətləri göbələyin tərkibindəki zəhərin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Əlamətlər göbələyin bəzi növlərinin yeyilməsindən 2, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır. Göbələk zəhərlənmələrinin müalicəsi əlamətlərə əsasən təyin olunur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar həkim-terapevt Leyla Fətullayeva deyib: “Əlamətlər ilk növbədə əsasən mədə-bağırsaq traktının pozulması ilə baş verir. Bu, qusma, ishal, ürəkbulanma hissi, daha sonra ishal və qusmaların çoxalması ilə müşahidə edilir. Orqanizm mikroelementlər itirdiyinə görə qıcolmalar, huşun itməsi, susuzlaşma hissi başlayır, ürək-damar və tənəffüs sistemində kəskin problemlər yaranır”.
Göbələk yeyiləndən sonra həmin əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduğu təqdirdə vaxt itirmədən ən yaxın tibbi mərkəzə müraciət etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]