Göyçay Rayon Mərkəzi Xəstəxanasının ərazisində 500-ə yaxın ağac əkilib
Göyçay, 28 noyabr, AZƏRTAC
Göyçay Rayon Mərkəzi Xəstəxanasının ərazisində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində ərazidə 500-ə yaxın müxtəlif növ ağac, o cümlədən küknar, şam və zeytun əkilib.
Aksiyada xəstəxananın kollektivi ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də fəal iştirak ediblər.