Göyçayda gül bayramı keçirilmişdir
Göyçay, 11 may (AZƏRTAC). Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mayın 10-da Göyçayda gül bayramı keçirilmişdir. Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda gül bayramı keçirilmişdir.
Yüzlərlə göyçaylının iştirak etdiyi tədbirdə müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portreti, milli mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir. Milli geyimdəki qız və oğlanlar şeir və mahnılar ifa etmiş, kompozisiyalar nümayiş etdirmişlər.
Sonda yerli incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]