GÖYÇAYDA REGİONAL ÖZƏL BAYTARLIQ XİDMƏTİ MƏRKƏZİ FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə uyğun olaraq, bir neçə ildir ki, ölkəmizdə “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi” layihəsi həyata keçirilir.
Hazırda layihənin ikinci mərhələsi icra olunur. Bu mərhələ çərçivəsində Göyçay, Tovuz, Dəvəçi, İsmayıllı, Yevlax və Salyanda regional özəl baytarlıq xidməti mərkəzlərinin, 32 rayonda isə fərdi ərazi baytarlıq məntəqələrinin yaradılması, Dövlət Baytarlıq Xidmətinin müxtəlif sahələrinin inkişaf etdirilməsinə kömək göstərilməsi, yoluxucu xəstəliklərin aradan qaldırılması tədbirlərinin dəstəklənməsi nəzərdə tutulmuşdur.
Göyçay rayon baytarlıq idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş rayonlarını əhatə edən Göyçay Regional Özəl Baytarlıq Xidməti Mərkəzi noyabrdan fəaliyyətə başlayacaqdır. Quruma rəhbərlik Göyçay rayon baytarlıq idarəsinin rəisi Ağadadaş Hacıyevə həvalə olunmuşdur.
Mərkəzdə işləmək üçün baytarlıq mütəxəssislərinin seçilməsi məqsədi ilə elan edilmiş müsabiqədə ali təhsilli baytar həkimlər və orta ixtisas təhsilli baytar texnikləri iştirak etmişlər. Onlar üçün Göyçay rayon baytarlıq idarəsində 10 günlük seminar-məşğələ keçirilmişdir. Sınaq imtahanlarında uğurla iştirak edən həkim və texniklərlə işə götürülmək haqqında müqavilələr bağlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]