GÖYÇAYDA TAXIL YIĞIMI UĞURLA APARILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək 10 min hektara yaxın sahənin məhsulu yığılmışdır. Biçin kampaniyasında 60 kombayn iştirak edir. Qaraməryəm, İncə, Mırtı, Yeniarx ərazi vahidlərində daha yaxşı nəticələr əldə olunur. Rayon üzrə hektardan hələlik orta hesabla 25,3 sentner məhsul götürülür ki, bu da ötən ilin göstəricisindən çoxdur. Mütəxəssislərin qənaətinə görə rayonda bu mövsümdə 40 min ton taxıl istehsal olunacaqdır.