Göyçayda yeni asfalt zavodu istifadəyə verilmişdir
Göyçay, 11 may (AZƏRTAC). Göyçay rayonunda “ATF-İnşaat” MMC-nin sifarişi ilə yeni inşa edilmiş asfalt zavodu istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, “ATF-İnşaat” MMC-nin rəhbəri Fəxrəddin Muradov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından söz açmışdır. Bildirilmişdir ki, bölgədə bənzəri olmayan bu müəssisədə Alman texnologiyası əsasında Türkiyədə hazırlanmış müasir avadanlıq quraşdırılmışdır. Ekoloji cəhətdən dünya standartlarına cavab verən zavod saatda 120 ton asfalt istehsal etmək gücünə malikdir. Hazırda “ATF-İnşaat” MMC-nin daş karxanasında və asfalt zavodunda 100 nəfər işçi və 50-dən artıq ağır texnika fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]