Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alınıb
Göygöl, 22 aprel, AZƏRTAC
Göygöl rayonunun Firuzabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikili sökülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinqlər Göygöl Rayon İcra Hakimiyyəti yanında rayonda tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Aparılan monitorinqlərin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur.
Müxbir - Elcan Məmmədov