GÖZDƏN ƏLİL UŞAQLAR ÜÇÜN XÜSUSİ İBTİDAİ MƏKTƏB BİNASI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə valideynlər gözdən əlil uşaqların təhsilə cəlb edilməsi üçün dövlətimizin həyata keçirdiyi tədbirləri ürəkdən alqışladıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurulmuş, əhalinin rifahı yaxşılaşmış, dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, bu siyasətin davamı kimi 2003-cü il oktyabrın 15-də azad, ədalətli, şəffaf və demokratik şəraitdə prezident seçkiləri keçirilmiş və xalq öz səsini İlham Əliyevə vermişdir.
Natiqlər prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsindən başını itirmiş bəzi dağıdıcı müxalifət partiyalarının pozuculuq fəaliyyətini pisləmiş, dövlətimizə və dövlətçiliyimizə daim sadiq olacaqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məktəbin maddi-texniki bazasını möhkəmləndirmək üçün görüləcək işlərdən danışmış, şagirdlərə məktəbli çantaları və avadanlıqları hədiyyə etmiş, sinif otaqlarına baxmış, tədrisin gedişi ilə maraqlanmışdır.