Azərbaycan Dövlət İnformasiya Agentliyi

“GÜLÜSTAN” SARAYINDA RƏSMİ QƏBUL

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən bu tədbirdə iştirak edən xarici ölkələrdən gəlmiş qonaqları bir daha salamlamaq istəyirəm.

Mən andiçmə mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş Sergey Mixayloviç Mironovu salamlamaq istəyirəm. Bu gün biz onunla görüşdük və bir çox məsələləri müzakirə etdik.

Rusiya ilə Azərbaycan arasında son illər yaranmış münasibətlərdən biz çox razıyıq. Bu münasibətlərin əsası Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı qoyulmuşdur. İki ölkənin prezidentinin – Vladimir Putinin və Heydər Əliyevin şəxsi münasibətləri və qarşılıqlı hörməti ölkələrimiz arasında münasibətlərin inkişafının, möhkəmlənməsinin və yeni məzmun almasının əsasını qoymuşdur. Ötən 3 il ərzində bütün istiqamətlərdə - həm siyasi, həm mədəni sahələrdə böyük tərəqqi əldə olunmuş və əlaqələrimiz keyfiyyətcə yeni mərhələlərə qədəm qoymuşdur. Bu, bir daha sübut edir ki, rəhbərlərin siyasi iradəsi olarsa, problemlər həllini tapacaqdır. Bu gün Rusiya ilə Azərbaycan arasında həll olunmayan heç bir problem yoxdur. Bütün məsələlər, hətta uzun illərdən bəri yığılıb qalmış və kimin üçünsə həlli qeyri-mümkün görünən mürəkkəb məsələlər də hər iki tərəfin mənafeyinə uyğun olaraq həll edilmişdir.

Əminəm ki, gələcəkdə də Rusiya və Azərbaycan arasında münasibətlər dostluq, qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq zəminində qurulacaqdır. Mən vaxt tapıb bizim tədbirimizdə iştirak etdiyi üçün Sergey Mixayloviçə öz təşəkkürümü bildirirəm.

Bu gün bu tədbirdə bizə dost ölkə olan Ukraynanın Baş naziri də iştirak edir. Azərbaycan və Ukraynanı dərin tarixi köklər birləşdirir. Müstəqillik əldə etdikdən sonra ölkələrimizin əsl tərəfdaş olması çox sevindiricidir. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik, demək olar ki, həmişə eyni mövqedən çıxış edirik. Bizim ikitərəfli əlaqələrimiz real məzmuna malikdir. Bu sahədə məlumatı olan şəxs kimi deməliyəm ki, əlaqələrimizin inkişafında ölkələrimizin prezidentləri - Leonid Kuçmanın və Heydər Əliyevin dostluq münasibətlərinin böyük rolu vardır.

Sentyabr ayında Yaltada Ukrayna Prezidentinin məni səmimi qəbul etməsi bir daha onu göstərir ki, gələcəkdə də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri inkişaf edəcəkdir.

Mən bizim bugünkü tədbirimizdə iştirak etdiyinə görə Viktor Fyodoroviçə təşəkkürümü bildirirəm və ümidvaram ki, ölkələrimiz gələcəkdə də bir-birinə dost və qardaş münasibəti bəsləyəcək, xalqlarımız daha da yaxın olacaqlar.

Bizim bugünkü tədbirimizin rəsmi hissəsindən sonra Eduard Amvrosiyeviç Şevardnadze vətənə qayıtdı. Bu gün onun çox gərgin iş cədvəli var idi. O, Azərbaycana gəlməzdən əvvəl çox mühüm tədbir keçirmişdir. Hamımız bilirik ki, iki gündən sonra Gürcüstanda parlament seçkiləri olacaqdır. Əlbəttə, mən bu gün orada təbliğat kampaniyasının son günü olmasına rəğmən Eduard Şevardnadzenin vaxt tapıb ölkəmizə gəlməsini çox yüksək qiymətləndirirəm. Bu ölkəni – müasir Azərbaycanı onun dostu və qardaşı Heydər Əliyev yaratmışdır.

O, öz Vətəninə, öz ailəsinə, öz evinə gəlmişdir.

Mən Baş nazir vəzifəsinə təyin olunduqdan sonra MDB dövlət başçılarının zirvə görüşündə ilk dəfə iştirak etdim. Orada mən Eduard Amvrosiyeviçlə görüşmək şərəfinə nail oldum. O, məni çox səmimiyyətlə və hərarətlə qarşıladı. Bizim rəhbərlərimiz - Eduard Şevardnadze və Heydər Əliyev arasında olan münasibətlər həmişə, demək olar ki, 40 ilə yaxın müddət ərzində qardaşlıq münasibətləri olmuşdur. Onlar bir-birinə həmişə kömək etmişlər, istər hüquq-mühafizə orqanlarında çalışdıqları dövrdə, istər respublikalarımıza rəhbərlik etdikləri dövrdə, istərsə də Moskvada işlədikləri dövrdə, Siyasi Büronun üzvü olarkən bir-birilərini yaxından tanıyırdılar. O zaman onlar sovet dövlətinin inkişafını müəyyən edən səkkiz nəfərdən ikisi idi.

Ən başlıcası, ölkələrimizi parçalanmaqdan, xaosdan və anarxiyadan xilas etmək üçün cağırdıqları zaman da onlar çiyin-çiyinə müasir Gürcüstanı və müasir Azərbaycanı yaratdılar. Onlar bir çoxlarına əfsanə kimi gələn layihələri həqiqətə çevirdilər. Hər iki rəhbərin siyasi müdrikliyi, əzmi, cəsarəti və öz xalqına sədaqəti onlara bu işləri görməyə imkan verdi. Mən Eduard Amvrosiyeviçin xidmətlərini xüsusi qeyd etmək istəyirəm və xarici işlər nazirindən mənim xoş arzularımı bir daha ona çatdırmağı xahiş edirəm. Mən ona uzun illər qardaş Gürcüstana rəhbərlik etməsini arzulayıram.

Bu gün hörmətli Baş nazirin müavini Əbdüllətif Şənər də bizim qonağımızdır. Mən onu səmimiyyətlə salamlayıram.

Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əbədidir, sarsılmazdır. Bu münasibətlər gələcəkdə də inkişaf edəcək və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Türkiyə bütün sahələrdə daim Azərbaycana dayaq və arxa olmuşdur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk olaraq ölkəmizi tanıyan məhz qardaş Türkiyə olmuşdur. Biz daim belə bir ifadəni işlədirik: Türkiyə haradadır, Azərbaycan da oradadır, Azərbaycan haradadır, Türkiyə də oradadır.

Mən hörmətli Əbdüllətif bəydən səmimi salamlarımı dostum və qardaşım hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğana və hörmətli Prezident Əhməd Necdət Sezərə çatdırmağı xahiş edirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, ölkələrimiz gələcəkdə də vahid mövqedən çıxış edərək həm ikitərəfli münasibətlərdə, həm də regional məsələlərdə yaxından əməkdaşlıq edəcəklər.

Əziz dostlar, bu gün mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqına müraciət etmək istəyirəm. Oktyabrın 15-də mənə göstərilən etimada görə bir daha xalqımıza öz minnətdarlığımı bildirmək istəyirəm. Bu gün Respublika sarayında keçirilmiş andiçmə mərasimində iştirak etmək istəyən insanların hamısı orada iştirak edə bilmədilər. Bilirəm ki, bu gözəl salonda da vətəndaşlarımız iştirak etmək istəyirlər. Əlbəttə, buna imkan yoxdur. Eyni zamanda, bilirəm ki, Azərbaycanın müxtəlif yerlərində - Bakıda, digər şəhərlərdə şənliklər keçirilir. Bu gün Bakının Azadlıq meydanında yüz minlərlə insan elə bu vaxt yığışaraq bu günü qeyd edirlər, sevinirlər, bir-birlərini təbrik edirlər, bayram edirlər. Mənim üçün ən böyük xoşbəxtlik məhz bundadır. Oktyabrın 15-də Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini ifadə etmişdir ki, bu da mənim üçün böyük səadətdir. Seçkilərin nəticələri məhz Azərbaycan xalqının iradəsini əks etdirir.

Bu gün mən bu masa arxasında Azadlıq meydanında toplaşmış və şənlənən soydaşlarımızı salamlayıram. Qaçqın düşərgəsində yaşayan soydaşlarımızı salamlayıram. Orduda xidmət edən, sərhədlərimizin keşiyində duran əsgərləri salamlayıram. Bu gün növbədə olan həkimlərimizi, hər bir Azərbaycan vətəndaşını salamlayıram. Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam.

Bu badəni Azərbaycan xalqının şərəfinə qaldırıram.

X X X

“Gülüstan” sarayında təşkil olunmuş rəsmi qəbulun sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmançılarla və incəsənət xadimləri ilə səmimi görüşdü.

Sonra Prezident İlham Əliyev, onun xanımı Mehriban Əliyeva və dəvət olunmuş qonaqlar saraydan bayram atəşfəşanlığını seyr etdilər.

X X X

Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin və Baş nazirin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, səfirlər və digər rəsmi şəxslər, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib